Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi Dostluq İli
- Web development
- UX/UI Design
- SEO
Layihə haqqında
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən həyata keçirilən “Yaponiya–Azərbaycan Dostluq İli” təşəbbüsü çərçivəsində xüsusi rəqəmsal platforma hazırlanmışdır. Platforma iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının yubileyinə həsr olunmuş tədbirlər, layihələr və mədəni proqramlar haqqında məlumatların təqdim olunması üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində iki ölkə arasında mədəniyyət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığı təşviq edən tədbirlərin təqdim edilməsi planlaşdırılmışdı.
Məqsəd
Layihənin məqsədi Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbirlər, proqramlar və təşəbbüslər haqqında məlumatları vahid rəqəmsal platformada təqdim etmək idi. Platforma vasitəsilə istifadəçilər keçirilən tədbirlər, təhsil və təqaüd proqramları, xəbərlər və yeniliklər haqqında məlumat əldə edə bilirdilər.
Eyni zamanda platformada iki ölkə arasında əməkdaşlığın tarixi, yubileyə həsr olunmuş xüsusi materiallar və loqo konsepti haqqında məlumatlar təqdim olunmuş, müxtəlif nəşrlər və jurnal materiallarının yüklənməsi üçün imkan yaradılmışdı. Bu yanaşma layihənin həm informativ, həm də mədəni diplomatiyanı dəstəkləyən rəqəmsal resurs kimi fəaliyyət göstərməsini təmin edirdi.
Tech Stacks
Bizimlə əlaqə saxlayın
- Telefon +994 (50) 755-51-12
- E-poçt [email protected]
- Mesaj Whatsapp