Sizin brend adınızla tam texniki dəstək
Bu əməkdaşlıq modeli ilə bütün texniki prosesləri bizə həvalə etməklə siz öz müştərilərinizə yüksək keyfiyyətli veb və mobil həllər təqdim edirsiniz. Biz sizin adınızla, sizin komandanız kimi tam məxfi şəkildə layihələrinizin icrasını həyata keçiririk.
Nə təklif edirik?
Dizayn istəyə uyğun olaraq həm sizin komanda, həm də bizim komandamız tərəfdən hazırlana bilər. Development prosesini isə tam şəkildə biz üzərimizə götürürük. Frontend və backend daxil olmaqla layihənin bütün texniki hissəsini başdan sona idarə edirik. Siz isə layihənin ümumi istiqamətini yönləndirməyə fokuslanırsınız.
Veb Tətbiqlərin
hazırlanması
Veb-Saytların
Hazırlanması
Mobil Tətbiqlərin hazırlanması
E-commerce
Həlləri
SEO və rəqəmsal
marketinq
UX/UI dizayn
həlləri
Necə işləyir?
Təsəvvür edin ki, sizin güclü dizayn komandanız var, lakin frontend və backend inkişaf etdiriciləriniz yoxdur. Bu zaman biz dev tərəfini 100% üzərimizə götürürük. Siz müştəri ilə birbaşa işləməyə davam edirsiniz – biz isə sizin texniki tərəfdaşınız kimi səhnə arxasında bütün işləri görürük.
-
100% məxfiliyə zəmanət
-
Müştəriniz bizi görmür, amma nəticəni hiss edir
-
Texniki qərarları sizin strategiyanıza uyğunlaşdırırıq
-
Sürətli icra, keyfiyyətli çatdırılma
Case Study
Reklam Agentliyi üçün White Label Əməkdaşlıq
Müştəri: Local Creative Agency (ad gizlədilib)
Layihə: Korparativ veb platformanın hazırlanması
Əməkdaşlıq növü: White Label (tam texniki icra)
Problem
Agentliyin güclü UX/UI dizayn komandası olsa da, onların frontend və backend inkişaf etdiriciləri yox idi. Müştəriləri isə yüksək səviyyəli texniki icra tələb edirdi.
Həllimiz
Biz onların adından texniki işləri 100% öz üzərimizə götürdük Vue.js və Laravel istifadə olunaraq tam funksional, sürətli veb platforma hazırlandı. Müştəri ilə heç bir birbaşa əlaqəyə keçmədən, bütün texniki hesabatlar agentliyə təqdim olundu 6 həftəyə tam hazır məhsul təhvil verildi.
Nəticə
Müştəri layihədən çox razı qaldı. Agentlik öz imicini qorudu və texniki tərəfdaşlıq üçün daimi əməkdaşlığa keçdi. Bu white label model həmin agentlik üçün 3 yeni layihəyə yol açdı.
Nəticələrimiz
Bugünə qədər Azərbaycanda 50-dən çox kiçik və böyük şirkətə, o cümlədən reklam agentliklərinə və dizayn studiyalarına white label əsaslı xidmət göstərmişik. Onların çoxu ilə uzunmüddətli əməkdaşlığımız davam edir.
Əlaqə
Texniki tərəfdaşlıq axtarırsınız? Elə indi bizimlə əlaqə saxlayın. Layihəniz və ehtiyaclarınıza uyğun məxfiliyiniz qorunmaqla effektiv əməkdaşlıq təklif edək.
- Telefon +994 (50) 755-51-12
- E-poçt [email protected]
- Mesaj Whatsapp
Tez tez verilən suallar
White label əməkdaşlıq nə deməkdir?
White label əməkdaşlıq modelində biz sizin brendiniz adı ilə xidmət göstəririk. Müştərinizə siz cavabdeh olursunuz, texniki icranı isə biz – tam məxfi şəkildə həyata keçiririk.
Müştəri ilə birbaşa əlaqə qurursunuzmu?
Xeyr. Biz yalnız sizin komandanızın bir hissəsi kimi fəaliyyət göstəririk və müştəri qarşısında görünmürük. Bütün kommunikasiyalar sizin üzərinizdən aparılır.
Əməkdaşlıq zamanı məxfilik necə qorunur?
Bütün white label əməkdaşlıqları NDA (məxfilik müqaviləsi) əsasında həyata keçirilir. Nəticə sizə aiddir, bizim adımız heç bir yerdə qeyd olunmur.
Texniki komandaya nə daxildir?
Backend, frontend, mobil tətbiq inkişafı, DevOps və texniki dəstək daxil olmaqla tam komanda təmin olunur. Layihənin ölçüsünə görə komanda genişlənə bilər.
Qiymətləndirmə necə aparılır?
Qiymət əməkdaşlıq modelinə görə dəyişir: layihə əsaslı, saatlıq və ya aylıq əsasda texniki dəstək ola bilər. Sizin üçün ən uyğun modeli təklif edirik.
Minimum əməkdaşlıq müddəti varmı?
Xeyr. Tək layihə üçün əməkdaşlıq da mümkündür. Lakin uzunmüddətli partnyorluqlar üçün xüsusi güzəştli paketlər təklif edirik.