Kapital Bank KapitalInvest

  • Web development
  • UX/UI Design
  • SEO
kapital.bank

Layihə haqqında

Kapital Bank üçün hazırladığımız KapitalInvest platforması, bankın yatırım məhsullarını rəqəmsal müstəviyə daşımaq məqsədi daşıyırdı. Bu layihə çərçivəsində istifadəçilərə sərmayə imkanlarını daha aydın, sadə və interaktiv şəkildə təqdim edən çevik bir veb interfeys quruldu.

Saytda istifadəçilər müxtəlif investisiya məhsulları, fondlar və istiqrazlar haqqında ətraflı məlumat ala, suallarına cavab tapa və müraciət prosesini onlayn şəkildə başlada bilirlər. Layihədə vizual sadəlik, məzmunun anlaşıqlı təqdimatı və mobil uyğunluq ön planda saxlanılıb.

Hazırladığımız platforma həm Kapital Bank-ın güvənli brend imicini qoruyur, həm də müasir istifadəçi gözləntilərinə uyğun texniki və dizayn həlləri ilə fərqlənir.

Kapital Bank KapitalInvest Kapital Bank KapitalInvest

Məqsəd

Məqsədimiz Kapital Bank-ın yatırım məhsullarını daha geniş auditoriyaya çatdırmaq və bu xidmətlərə marağı artırmaq idi. İstifadəçilərin investisiya qərarlarını rahatlıqla verə bilməsi üçün informasiya təqdimatı və istifadəçi axını diqqətlə planlaşdırıldı.
 

Kapital Bank KapitalInvest Kapital Bank KapitalInvest

Nəticə

KapitalInvest platformasının istifadəyə verilməsi ilə Kapital Bank-ın investisiya məhsullarına müraciət sayı əhəmiyyətli dərəcədə artdı. Platforma həm yeni, həm də mövcud müştərilər üçün sadə, güvənli və məlumatlandırıcı bir vasitə rolunu oynamağa başladı. Sayta gələn ziyarətçi sayı və müraciət formalarının doluluğu layihənin uğurlu nəticələrindən biridir.
 

Tech Stack

PHP PHP
Node.js Node.js
Laravel Laravel
Nginx Nginx
Vue.js Vue.js
MySQL MySQL

Bizimlə əlaqə saxlayın